Azərbaycanda 1 milyondan çox insanın pensiyası artacaq - Rəsmi

"2027-ci ildə 1.1 milyon insanın pensiyası artacaq".

Respublikaxebertv.Az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev nazirlikdə 2026-cı ilin on ayının yekunlarına həsr olunmuş kollegiya iclasında deyib.

Bildirilib ki, ölkədə aparılan güclü sosial siyasət, vətəndaş rifahının təminatı istiqamətində islahatların ardıcıl xarakter almasına və islahatlar sosial ödənişlərdə ciddi artımlara imkan verib:

"Artım dinamikası gələn il də davam edəcək. Sosial müdafiə sisteminin inkişafı Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən biridir. Dövlət başçısının tapşırığı ilə son 7 ildə illik əlavə 8 milyard manat vəsaitin ayrıldığı 5 böyük sosial islahat paketi icra olunub. Minimum əməkhaqqı 3.1 dəfə, orta aylıq əməkhaqqı 2.2 dəfə, əməkhaqqı fondu 3.4 dəfə, minimum və orta aylıq pensiya 2.9 dəfə, pensiya təminatı üçün illik vəsait 2.3 dəfə, müavinət və təqaüd ödənişləri üçün illik vəsait isə 5 dəfə artıb".

Nazir qeyd edib ki, Prezidentin göstərişi ilə gələn il növbəti, 6-cı sosial paket icra olunacaq və sosial ödənişlərdə artım dinamikası 2027-ci ildə də davam edəcək.

Qeyd edilib ki, 1.1 milyon insanı əhatə edən pensiyaların növbəti ilin əvvəlindən indeksləşdirilərək artırılması təmin olunacaq.

Digər Xəbərlər