Tanınmış türkiyəli müğənni faciəli şəkildə öldü
- 24.11.2026 16:19
- 70 baxış
Tanınmış türkiyəli müğənni Asena Özçetin yol-nəqliyyat hadisəsində həlak olub.
Respublikaxebertv.Az bildirir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.
53 yaşlı sənətçinin ölümü barədə uzun illər solisti olduğu "Karakedi" qrupu açıqlama verib.
Hadisənin harada və hansı şəraitdə baş verdiyi naməlum olaraq qalır.
Özçetin rok və metal musiqi janrlarında özünəməxsus vokal üslubu ilə seçilib. İfaçı "Uçurumlar arasında", "Yeter ki susma", "Bana kalan", "Kadınlar bayramı", "Kanatlar", "Kimse bilmez", "Yoktur eşin" və "Son sözüm" kimi mahnıları ilə məşhurlaşıb.

